Avstraliyanın Viktoriya Doherti İnstitutunun tədqiqatçıları Buruli xorasına səbəb olan ət yeyən bakteriyaların mənbəyini və yayılmasını araşdırıblar.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 65 min ağcaqanad test edilib.


“Nature Microbiology” jurnalında dərc olunan araşdırma çərçivəsində 2016-2021-ci illər arasında Melburnda 65 min ağcaqanad araşdırılıb.


Alimlər müəyyən ediblər ki, ağcaqanadların opossumlardan daşıdığı bakteriyaların genetik quruluşu bölgədəki Buluri xorasından əziyyət çəkən insanlardakı bakteriyalarla eynidir.


“80 İLLİk SİRRƏ SON GƏLİR”


Professor Stinear qeyd edib ki, 10 il əvvəl Avstraliyada ildə 20-30 xəstə var idisə, keçən il Viktoriya ştatında 363 hadisə təsdiqlənib.Tədqiqatçılar araşdırmanın insanlara xoralara səbəb olan ət yeyən bakteriyalara qarşı tədbir görməyə imkan verdiyini, məsələn həşərat kovucu vasitələrdən istifadə edərək, evlərin ətrafında suyun təmizlənməsini təmin edəcəyini bildirib.


Buruli xorasına səbəb olan bakteriyalar zəhər ifraz edərək dəri hüceyrələrini, kapilyarları və dəri altındakı piyi məhv edir. Daha çox qol və ayaqlarda meydana gələn xəstəlik səbəbiylə zamanla böyüyən yaralar dəri xəstəliklərinə və qalıcı əlilliyə səbəb ola bilər. Ağcaqanadların xəstəliyin yayılmasında təsirli olduğuna dair nəzəriyyələr var.