Çində 10 ildən sonra 300 milyon insan təqaüdə çıxacaq. ABŞ əhalisinə bərabər işçi qüvvəsinin ölkə iqtisadiyyatını tərk etməsi narahatlıq yaradır.


Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, təxminən 1,4 milyard insanın yaşadığı Çində əhalinin 10 faizini 65 və yuxarı yaşda olan insanlar təşkil edir. Yaxın illərdə pensiyaya çıxacaq ölkə əhalisinin qocalması iqtisadiyyata ciddi ziyan vura bilər.


Böyük Britaniyanın ictimai yayımçısı BBC-nin təhlili göstərir ki, yaxın 10 ildə 50-60 yaş arasında olan təxminən 300 milyon insan iş qüvvəsini tərk edəcək. Bu, demək olar ki, ABŞ əhalisinə yaxın rəqəmdir.


Pekinin yaşadığı iqtisadi problemlər və pensiya fondlarına ayrılan pulun azalması qocalmış əhalinin qayğısına qalmaqda problemlər yaradır.