NASA Ay üçün saniyələrin daha sürətli keçdiyi yeni saat hazırlayacaq.


Facemark.az xarixi mənbələrə istinadən xəbər verir ki, sözügedən saat Yerdəki kimi bir saat qurşağı deyil, Aya xas bir zaman arayışı olacaq.


Ayda Yerdən daha az cazibə qüvvəsi olduğundan, vaxt gündə 58,7 mikrosaniyə tez keçir. Bu səbəbdən Ağ Ev NASA və ABŞ-ın digər agentliklərinə beynəlxalq agentliklərlə işləyərək Aya xas vaxta istinad sistemi hazırlamağı tapşırıb.


NASA Kosmik Rabitə və Naviqasiya Proqramının (SCaN) əməkdaşı Kevin Coggins verdiyi açıqlamada, "Aydakı atom saatı Yerdəkindən fərqli sürətlə işləyir. Ay və ya Mars kimi başqa bir göy cisminə getdiyiniz zaman hər birinin öz öz ürək döyüntüsünün olması məntiqlidir."


Coggins, Ayda hər şeyin sürətlənmiş Ay vaxtı ilə işləyəcəyini, lakin Yerdəki kimi yay və qış vaxtının olmayacağını bildirdi.


Ağ Ev NASA-nın bu ilin sonuna qədər ilkin ideyanı ortaya qoymasını və 2026-cı ilin sonuna qədər yekun plan hazırlamasını istəyir.