Facemark və Admedia şirkətlərinin birgə təşkilatçılığı ilə 13 may 2024-cü il tarixində Gülüstan sarayında təşkil olunan Təchizat Zənciri Liderləri Zirvəsində 40 dövlət, 190 özəl şirkət nümayəndəsi olmaqla toplamda 600+ nəfərin iştirakı ilə keçirilmişdir.
3 moderator və 15 spiker “Yeni Dəyər Zənciri” konsepti ilə "Dövlət Satınalmaları: Rəqabətdə Şəffaflıq", " Təchizat Zəncirinin Strateji İdarəedilməsi", "Təchizat Zənciri: Gələcəyin Dizaynı " panelləri üzrə təchizatda risklərin idarə olunması, təchizat zəncirinin strateji dayaqları, logistika, rəqəmsal transformasiya və süni intellektin tətbiqi və s. mövzuları müzakirə ediblər. "Yeni dəyər zənciri" konsept mesajı ilə təşkil olunan Təchizat Zənciri Liderləri Zirvəsinin icmal videosunu təqdim edirik!