Fevralın 23-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları və satışın təşkili" mövzusunda maarifləndirici təlim keçiriləcək.


Facemark.az xəbər verir ki, bu barədə məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz rəsmi saytında qeyd edib.


Saat 14:00-da təşkil olunacaq təlimdə Bakı KOBİM-in eksperti Namiq Bayramov marketinq nədir, marketinq miks, brend, marketinqin kommunikasiya əməliyyatları, satış və onun təşkili prosesi, “B2C”, “B2B” və “B2G” satışın təşkili mövzularında məlumat verəcək.


Fevralın 24-də təlimçi-eksperti Səfər Aslanov tərəfindən keçiriləcək təlim isə "Müştəri məmnuniyyəti" mövzusuna həsr olunacaq. Saat 10.00-da keçiriləcək maarifləndirici təlimdə müştəri məmnuniyyətinin biznesdə əhəmiyyəti, xidmət səviyyəsi, Kano modeli və s. barədə məlumat veriləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaqdır.


Hər iki təlim də “Bakı KOB evi”ndə keçiriləcəkdir.Təlimlərdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər.