Fevralın 20-də Bakı KOB İnkişaf Mərkəzi tərəfindən “Sığorta” mövzusunda maarifləndirici təlim keçiriləcək.
Facemark.az xəbər verir ki, bu barədə məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz rəsmi saytında bildirib.
“Bakı KOB evi”ndə keçiriləcək təlimdə ekspert Məhəmməd Həsənli aşağıdakı mövzulardan danışacaq:
- Sığorta nədir;
- Sığorta üçün nə lazımdır;
- Sığorta növləri;
- Sığorta vasitəçiləri;
- Sığorta müqaviləsi bağlanan zaman nələrə diqqət edilməlidir;
- Daşınmaz əmlakın icbari sığortası;
- Sığorta qanunvericiliyi;
- Nələr məcburi qaydada sığortalanmalıdır;
- Nələr sığortalana bilməz;
- Sığorta hadisələri;
- Sığorta məbləğləri və sığorta haqları.
Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər.
Qeyd edək ki, təlim ödənişsizdir.