Fevralın 25-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi və əhəmiyyəti " mövzusunda maarifləndirici təlim keçiriləcək.


Facemark.az xəbər verir ki, bu barədə məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz rəsmi saytında bildirib.


Təlimdə Bakı KOBİM-in eksperti Dilşad Əhədova aşağıdakı mövzulardan danışacaq:


- Biznes nədir?;


- ESG (ətraf mühit (ekoloji), sosial sahə, korporativ idarəetmə) nədir?;


- Ekoloji və sosial prinsiplər;


- Korporativ idarəetmə və onun əhəmiyyəti.


Saat 14:00-da “Bakı KOB evi”ndə keçiriləcək təlimdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər.


Təlim ödənişsizdir.