"Arçelik"in ilin dördüncü rübündə xalis satışları 39 milyard 192 milyon TL olub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkətin əvvəlki rübdə cəmi satışları 34 milyard 255 milyon TL idi. Son rübdə qiymət artımları, Türkiyədəki yüksək satış rəqəmləri və TL-nin dəyər itirməsi səbəbiylə güclü illik gəlir artımı yüzdə 74 olub. Üzvi olaraq illik artım 67 faiz, rüblük gəlir artımı 14 faiz, üzvi artım isə 11 faiz təşkil edib.


Türkiyənin ümumi satışlardakı payı keçən ilki 26%-dən 32%-ə yüksəlib. Bütün 2022-ci ildə bu pay 30 faiz təşkil edib.