Almaniya və Norveç bərpa olunan enerji sahəsində əməkdaşlığın gücləndirilməsinə dair birgə bəyanat imzalayıblar.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya qazından məhrum olan Almaniya iqtisadiyyatını hər yerdə yaşıllaşdırmaq üçün alternativ enerji mənbələri axtararaq Avropanın aparıcı qaz təchizatçısı olan Norveçə üz tutub.


Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habekin Osloya səfəri zamanı Norveçin baş naziri Jonas Gahr Stoere ilə imzaladığı bəyanatda iki ölkənin hidrogen, batareya texnologiyası, külək enerjisi və təbii qaz sahələrində əməkdaşlıq istiqamətində addımlar atacağını bildirilib.


Eyni zamanda, iki ölkənin qlobal istiləşmə ilə mübarizədə mühüm rolu olan yeraltı karbon anbarı sahəsində əməkdaşlıq edəcəyi və 2030-cu ilə qədər Norveç qazı ilə işləyən qeyri-müəyyən sayda elektrik stansiyalarının inşa ediləcəyi qeyd olunub.