ABŞ-ın sürətli xidmət göstərən restoranlar şəbəkəsi McDonald's Qazaxıstandakı fəaliyyətini dayandırdığını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Qazaxıstandakı McDonald's restoranları 18 Noyabr 2022-ci il tarixindən etibarən yerli təchizat məhdudiyyətləri səbəbindən fəaliyyətini müvəqqəti dayandırdıqlarını açıqlamışdı. McDonald's Qazaxıstan ofisindən verilən açıqlamada qeyd olunub ki, sürətli xidmət göstərən restoranların yeni adla fəaliyyətə başlayacağı tarix yaxın zamanlarda açıqlanacaq.


Qeyd edək ki, 2016-cı ildə ilk restoranını açan McDonald's-ın Qazaxıstanda təxminən 2000 işçisi olan 24 restoranı var idi.