Disney CEO-su Bob İger işçilərdən həftənin dörd günü ofisdə olmalarını istəyib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, pandemiya dövründə evdən işləməyə qərar verən Disney-in baş direktoru Bob İger, mart ayından etibarən cümə günləri istisna olmaqla, ofisdən işləyəcəyini açıqlayıb. Eyni zamanda, İger ofisdən işləməyin işçilərin karyerasına da fayda verəcəyini bildirib.


Ötən aylarda "Snap", "Tesla", "Uber" də daxil olmaqla bir çox şirkət iş strategiyalarında bu cür dəyişikliklər edib.