YouTube üzərindən yayım edən yayımçılara pis xəbər. Gəlir Vergisi Qanunundakı dəyişikliyə, əsasən artıq YouTuber-lar illik bəyannamə verəcək.
İnternetin ən böyük video platforması YouTube-dan videolar üzərindən gəlir əldə etmə standartları dəyişir.
Facemark.az xəbər verir ki, YouTube üzərindən yayım edib, qazanc əldə edən, ssenari, kitab yazanlar 500 000 TL (150 000 manat-red.) üzərində gəlir əldə edirlərsə, Gəlir Vergisi Qanununun 37-ci maddəsinə, əsasən artıq ticari qazanc olaraq vergiləndiriləcəklər.
Milliyyətə danışan, müstəqil mühasib və maliyyə müşaviri Erhan Çağşırlı deyib ki, YouTuber-ların öncədən bəri vergi ödəyicisi olmalarına dair qanun olub. Ancaq Gəlir Vergisi Qanunun 18-ci maddəsində “telif” (müəllif hüququ) qazanclarını istisna edilib.
Çağşırlı, “Bu maddə səhv şərh edilirdi. Yeni dəyişikliklə 37-ci maddə daha açıqlayıcı olub. Belə ki, “telif” qazancları 500 000 TL-yi keçənlər normal gəlir vergisi ödəyicisi olacaq. Sahibkar kimi gəlir dəftəri tutacaq, qəbz və çek tərtib ediləcək. Bu sadəcə YouTuber-ları deyil, bütün “telif” qazancı alanlara şamil olunur. Rejissor, kino xadimi, ssenari yazan, şair, yazıçı kimi şəxslər də bura daxildir. Daha əvvəlki qanunda isə onlar vergidən kənardan qalırdılar. “Telifli” qazanclara da məhdudiyyət gətirilib. 500 000 TL-dən çox qazananlar vergi ödəyicisi oldu. Əvvəllər isə 1 milyon TL qazansanız da bu “telif” hesab edilirdi”, - deyə o, bildirib.
Çağşırlı, “YouTuberların platformadan qazanc əldə etdiləri məlum idi. Bu qanunən də dəstəklənirdi. Ancaq yoxlama azdı. İndi isə maliyyə yoxlamaları artır. Onların 2016, 2017, 2018-ci ildəki qazancları da yoxlamaları əhatə edəcək”.
Onun sözlərinə görə, Türkiyədə vergiyə cəlb edilən 1000 civarı YouTuber-un olduğunu təxmin etdiklərini deyib: “Ayda 10 000 TL, (3000 manat-red.) 1 milyon TL (300 000-manat- red.) qazanan da var. Amma ortalama qazanc 100 000 TL-dir. (30 000 manat-red.)”.