Nazirlər Kabineti “İşsizlikdən sığorta haqqında” qanunda edilmiş dəyişiklikləri nəzərə alaraq 29 dekabr 2017-ci il 29 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edib.


Facemark.az “Report”a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra sığorta ödənişinin hesablanması üçün orta aylıq əmək haqqının məbləği Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində sığortaolunanların sığorta haqları üzrə hesabatlarda olan aylıq gəlirləri deyil, əmək haqları barədə məlumatları əsasında müəyyən ediləcək.


Bundan başqa, sığorta ödənişinin hesablanması üçün orta aylıq əmək haqqının müəyyən edilməsi zamanı nəzərə alınan və alınmayan ödənişlər Əmək Məcəlləsi ilə müəyyən edilməyəcək.