“Coinbase” CEO-su Brayan Armstronq Amerikada kriptovalyuta vergisinə təklif olunan dəyişikliklərin əleyhinədir.
Facemark xarici mediaya istinadən bildirir ki, Armstronq kriptovalyuta vergisi ilə bağlı təkliflərin ABŞ-ın kriptovalyuta sahəsinə dərin təsir göstərə biləcəyini bildirib.
Qeyd edək ki, ABŞ Senatında daha əvvəl imzalanan 1 trilyon dollarlıq infrastruktur müqaviləsinə əlavə olaraq, kriptovalyuta vergitutma qaydalarında dəyişikliklər planlaşdırılır.
Armstronq ABŞ-da kriptovalyuta müdafiəçiləri olan Ron Vayden, Patrik Tumi və Sintia Lammis kimi şəxsləri Senatlar tərəfindən təklif edilən məsləhətləri dəstəkləməyə çağırıb.