Rusiyada yerləşən “McDonald’s”un bəzi şəbəkələrində pivə ola bilər.
Facemark.az-ın məlumatına görə, bu barədə TASS agentliyinə şirkətin Rusiyadakı baş direktoru Mark Karena bildirib.
O, deyib ki, şirkət eksperimentlərə hazırdır, əgər dəyişiklik hər-hansısa regionda olan müştərilərin marağına səbəb olacaqsa, pivə menyuya daxil ediləcək.
Baş direktor əlavə edib ki, hazırda fast-food restoranları şəbəkəsinin Rusiyada alkoqollu içkiləri yoxdur. Karena deyib ki, bir çox müştərilər “McDonald’s”a ailə ilə istirahət edə biləcəyi məkan kimi baxır”.
Karena deyib: “Rusiyada əlavə dəyər vergisinin (ƏDV) 20% artımı müəssisənin qiymətlərində ciddi artıma səbəb olmayacaq: “Biz düşünürük ki, belə bir dəyişiklik nəticəsində ƏDV-nin 20% artmasını müştərilərimizin çiyinlərinə qoya bilmərik, ona görə də qiymətləri inflyasiyadan aşağı səviyyədə saxlamağa çalışırıq”.
“Rusiyada əhalinin alıcılıq qabiliyyəti enir. Biz başa düşürük ki, onlara uyğun qiymətdə məhsul təklif etmək lazımdır. Amma uyğun qiymət məhsulun keyfiyyətinə təsir etməməlidir”, - deyə baş direktor qeyd edib.
Xatırlatmaq yerinə düşər ki, daha əvvəl fast-food restoranları şəbəkəsindən bildirirdilər ki, onlar “McDonald’s”un bütün restoranlarında ofisiantlar işə başlayacaq. Onlar elə masa arxasında müştərilərinə xidmət göstərəcəklər. Bu sistem hazırda mövcud olan özünəxidməti əvəz edəcək. Yeni format 2019-cu ilin sonuna kimi tətbiq edilməsi gözlənilir.