İlin ikinci rübündə smartfon satışlarında 11 faiz azalma olub. Smartfon bazarının lideri 21 faiz bazar payı ilə Samsung olub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2020-ci ildə azalmağa başlayan smartfon bazarı 2021-ci ilin ilk rübündə əhəmiyyətli bir artım yaşadı, lakin sonra yenidən azaldı. Canalys araşdırma şirkətinin verdiyi məlumata görə, smartfon satışları son 6 rübdür ki, azalmaqda davam edir. Canalys hesabatında yer alan məlumata görə, ilin ikinci rübündə smartfon satışlarında 11 faiz azalma olub. Xatırladaq ki, ilin birinci rübündə 12 faiz azalma olub. 1% yaxşılaşma olsa da, azalma davam edir. Digər araşdırma firması Counterpoint-in məlumatına görə, ilin ikinci rübündə azalma 8 faiz olub.