Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Mercedes-Benz bir neçə il əvvəl elan etdiyi elektrikli avtomobil planlarını ləğv etdiyini açıqlayıb. Şirkət 2030-cu ildən etibarən yalnız elektrik avtomobilləri satmağı planlaşdırırdı.
Alman avtomobil nəhəngi Mercedes-Benz 2023-cü ilin son rübünə dair maliyyə vəziyyəti hesabatını dünən axşam keçirilən tədbirdə paylaşıb. Tədbir zamanı şirkət gələcəklə bağlı bəzi açıqlamalar da verib. Verilən açıqlamalar Mercedes-Benz-in böyük həvəslə başladığı elektrik avtomobil istehsalının o qədər də yaxşı getmədiyini ortaya qoydu. Hətta şirkətin gələcək elektrik avtomobil planları da dəyişib.
Bir neçə il əvvəl elektrikli avtomobillər üçün yol xəritəsini açıqlayan şirkət 2030-cu ilə qədər yalnız elektrik mühərrikli avtomobillər satacağını bildirib. Lakin verilən açıqlamada bunun doğru olmayacağını açıqladı. Bəli, Mercedes-Benz-in elektrik avtomobil istehsalı davam edəcək, lakin istifadəçi kütləsi bir neçə il əvvəl verilən açıqlama kimi olmayacaq.
Şirkətin hesablamalarına görə, 2030-cu illərə qədər satışların yalnız 50 faizi elektrik modellərindən ibarət olacaq. Mercedes-Benz-in elektrikli avtomobillər üçün satış gözləntiləri yarıya qədər azalıb. Təbii ki, satışın digər yarısı daxili yanma mühərrikli avtomobillər və hibrid modellərin payına düşəcək.