“The Coca-Cola Company” Yaponiya bazarı üçün rəngsiz, kalorisiz “Coca-Cola Clear” adlı yeni məhsul çıxarıb.
Facemark.az xəbər verir ki, kompaniya yeni məhsulun tanıtımı üçün buzdan hazırlanan, şəffaf quruluşda olan satış maşını təsis edib.
İki metr yarım uzunluğunda olan satış maşını müştərilərə buz kimi içki servis edib. Amma ən maraqlısı budur ki, cihaz yay aylarının istilərinə dözümlü şəkildə hazırlamadığına görə, ömrü uzun olmayıb. İstilərə tab gətirə bilməyən satış maşınından Tokio şəhərinin əhalisi iki gün, cəmi 2 saat ərzində istifadə edə biliblər.
Mənbə: MediaCat