Türkiyədə kondisioner satışları yay mövsümünün gəlməsi və istilərin artması ilə 200%-ə yaxın artım göstərib. İstehlakçılar ən çox 500 - 3 500 TL (187 - 1305 manat) aralığında kondisionerlərə üstünlük veriblər.


Facemark.az xəbər verir ki, “Hepsiburada” platformasının Ticari Qrup Rəhbəri Mutlu Erturan məsələ ilə bağlı “Anadolu” agentliyinə deyib ki, iyunda kondisioner sifarişləri digər aylar ilə müqayisə 163% artım göstərib. Ən çox kondisioner sifarişləri isə İstanbul, İzmir, Antalya, Muğla, Mersin, Hataydan verilib.


O, deyib ki, kişilər qadınlardan 5 dəfə çox kondisioner və ventilyator alış-verişi edirlər. Ən çox sifariş verən yaş kateqoriyası isə 25-45 yaş aralığıdır.


Erturan deyib ki, bu il İstanbulda kondisioner və ventilyatora tələb digər illər ilə müqayisədə isə 2 dəfə çox artıb. M.Erturan əlavə edib ki, avqustda kondisioner satışları pik həddə çatacaq.


N11.com platformasının satış üzrə müdir köməkçisi Örpen Koçak iyunda kondisionerlərə olan marağın digər aylar ilə müqayisədə artdığını və təxminən 190%-lik artım müşahidə etdiklərini deyib. Ö.Koçak əlavə edib ki, müştərilər ən çox 2 000 - 3500 TL (750 - 1305 manat) qiymət aralığında olan kondisonerlərə üstünlük verirlər.