Xüsusilə geyim mağazalarında tez-tez qarşılaşdığımız bir mənzərə var. Hələ mağazaya ayaq qoymamış satış mütəxəssisi yanınızda peyda olur. Mağazaya daxil olandan, çıxana qədər satış mütəxəssisi bütün mağazanı sizinlə birgə gəzməyə başlayır.
Bu vəziyyətdən, əlbəttə ki, əksər müştərilər narahatlıq duyur. Dəfələrlə sizə necə kömək ola bilərəm? deyən satıcıya “Hələ mağazaya yeni daxil olmuşam, gəzib sizə bildirəcəm” dediyiniz anlar olub.
Düşünürəm, bu mənzərə hamıya tanışdır. Araşdırmaların nəticələri isə bu vəziyyətdə satış mütəxəssislərinin başqa cür hərəkət etməli olduğunu müdafiə edir. Necə?
Facemark.az xəbər verir ki, “HRC Retail Advisory” pərakəndə şirkətinin apardığı araşdırmaya görə, istehlakçıların 95%-i alış-veriş edən zaman yalnız qalmaq istəyir.
Təbii ki, satış mütəxəssisinə ehtiyac duyulan zaman onlar müştərinin yanında olmalıdırlar. Müştərilər arasında aparılan araşdırmaya görə, satıcıların 17%-i onlara kömək olan satıcıların olmasını istəyirlər. Müştərilərin 30%-i düşünür ki, yaxşı olardı ki, onlar ödənişlərini mağazanın istənilən yerində satıcılara rahatlıqla ödəyə bilərdilər. Müştərilərin 30%-i mağaza içi Wi-Fi xidmətinin olmasını daha vacib hesab edir.
Nə qədər maraqlı olsa da, istehlakçıların yalnız 8%-i mobil ödənişlərin önəmli olduğunu deyiblər.
“HRC Retail Advisory” şirketinin rəhbəri Farla Efros araşdırmanın nəticələri ilə bağlı deyib ki, yeni texnologiyaları öz biznesində tətbiq edən sahibkarlar bunun faydasını görəcəklər.
Qeyd edək ki, araşdırma yaşı 10-73 arası 2900 nəfər ABŞ və Kanadalı istehlakçılar arasında aparılıb.
Mənbə: Pazarlamasyon