Almaniyanın aparıcı avtomobil istehsalçılarından biri olan Daimler, Mercedes-Benz markalı avtomobillərin satışlarının 2015-ci ildə 13,4 faiz artdığını bildirib. Dekabr ayında satışlarını 9,1 faiz artıraraq 178.017 ədədə çıxaran Mercedes-Benz, 2015-ci ildə isə 1,87 milyon ədəd avtomobil satıb. Avropada satışlar 10,5 faiz, Çində 32,6 faiz və "ABŞ"da 3,8 faiz artım göstərib.