1961-ci il modeli klassik "Ferrari", Parisdə açıq hərraca təqdim olunub. Bir vaxtlar Fransız aktyor Alen Delonun da sükanı arxasına keçdiyi avtomobil rekord qiymətə alıcı tapıb.



Fransanın paytaxtı Parisdə təşkil olunmuş hərracda 1961-ci ildə istehsal edilmiş klassik Ferrari avtomobili 16 milyon dollara satılıb. Fransız aktyor Alen Delon və Gerard Blainin də istifadə etdiyi avtomobilin yeni sahibi adının açıqlanmasını istəməyən bir kolleksiyaçıdır.



Adı açıqlanmayan alıcının nümayəndəsi, “Alıcı dərhal hər qiyməti ödəməyə hazırdı. Bir avtomobilə bu qədər çox pul yatırmaq dəhşətli ola bilər, amma burada təkcə avtomobili deyil, onun hekayəsini də satın alırsınız” ifadələrini istifadə edib.