Olimpiya Oyunlarının Dünya tərəfdaşı P & G şirkəti Soçidə oyunların başlaması ilə əlaqədar müsabiqə başlatdı. Pantene, Head&Shoulders, Always, Discreet, Gillette, Venus, Oral-B, Duracell kimi markaların məhsullarından alış-veriş edən müştərilər P & G məhsullarından qazana biləcəklər.



İştirakçılar müsabiqədə iştirak etmək üçün 2014-cü ilin fevral ayının 28-dək P & G məhsullarından almaqları kifayətdir. Qablaşdırmanın çek nömrəsini və ştrix-kodunu sayt vasitəsilə sosial şəbəkələrdə və smartfonlarda qeydiyyatdan keçirmək və ya qısa nömrəyə SMS göndərmək olar. Ətraflı məlumat layihənin saytında yerləşdirilib. Müsabiqə “Çox Sağ Ol Ana” çərçivəsində keçirilir və idmançı analarını dəstəkləyir.