Natalia Vodianova Fransada "La Rosaraie" adlı tibbi-təhsil mərkəzində uşaqlara həsr olunmuş şənlik təşkil etdi. Ana olmağa hazırlaşan Natalia Vodianova "Xüsusi Olimpiya" və "Gənc İdmançılar" təşkilatından olan kiçik idmançılarla ünsiyyət qurdu, müsabiqədə iştirak etdi və uşaqları fəxri diplomlarla təltif etdi.



Daha sonra fəal xeyriyyəçiliklə məşğul olan model Facebookda şənlikdən olan gözəl hisslərini bölüşdü: “Roseraie”nın mərkəzində "Xüsusi Olimpiya" və "Gənc İdmançılar" təşkilatı ilə, eyni zamanda onların valideynləri və məşqçiləri ilə birlikdə qeyri-adi işıqlı bir gün keçirdik. Sizi fotoşəkil yağışına tutduğum üçün üzr istəyirəm, ancaq dayana bilmədim və bu gözəl, parlaq anları sizinlə bölüşmək istədim.