Rusiyanın onlayn-ticarət liderlərindən biri olan "OZON.ru" ideyası "Practica" agentliyi tərəfindən hazırlanmış yeni reklam kampaniyasını buraxdı. 15-saniyəlik skype oxşar çarx, sistemdə zəngləri təqlid edir: evdar xanım öz rəfiqəsinə zəng edir və ona ev işlərinin fasiləsindən istifadə edib, "mağazaları" gəzməyi təklif edir və daha sonra aydın olur ki, mağazalar şəbəkədə yerləşdirilmişdir. Onlayn-pərakəndə nümayəndələrinin sözlərinə görə, efirə ilin sonunadək bu seriyada 3 çarx çıxmalıdır.
OZON.ru şəbəkəsinin marketinq və satış üzrə direktoru "İqor Qusev"-in sözlərinə görə, "Son bir neçə ildə Rusiyada internetdən istifadə yüksək templərlə artır". İnternetə daxil olaraq, insanlar onun bütün imkanlarına çox tez yiyələnirlər, lakin alış-verişə hələ ki böyük ehtiyatlılıqla yanaşırlar. OZON.ru mötəbər və etibarlı mağazanın reputasiyasına malik olaraq, bir çox şəbəkənin alış-veriş girişinin nöqtəsinə çevrilir. Ona görə də, məhz alıcılar vasitəsilə onlayn alış-veriş etməyin faydasını və asanlığını çatdırmağa çalışırıq".
"Practica" strateji planlaşdırması üzrə direktoru "Rüstəm Salimzyanov" qeyd edir ki, "İnternet-istifadəçilər ilk növbədə elektron poçt, sosial şəbəkə və skype ilə ünsiyyət saxlamağı öyrənirlər". Daha sonra isə, baryerlər başlanır: insanlar ağılla onlayn alış-verişin xeyirini anlayırlar, lakin ilk addımı atmağa cəhd etmirlər. Onu etməyə kömək etmək məqsədilə isə, biz onlar üçün tanışlıq formatı seçdik".

OZON.RU Komandası:
Директор по маркетингу и продажам OZON.RU: Игорь Гусев
Руководитель отдела маркетинговых коммуникаций OZON.RU: Лариса Лаврова
Бренд-менеджер OZON.RU: Ирина Коткина
Practica agentliyinin komandası:
Директор по стратегическому планированию: Рустам Салимзянов
Арт-директор: Майя Шулепова
Копирайтер: Анастасия Зайцева
Менеджер по работе с клиентами: Екатерина Тиханкина
Production-компания ЯРЧЕ!:
Генеральный продюсер: Ирина Веревкина
Продюсер: Ирина Ли
Режиссер: Дмитрий Губарев