"New York Autoshow"-da təqdimatı keçirilən "Range Rover Sport" üçün dünyaca məşhur ingilis aktyor Daniel Craig (James Bond) qısa bir filmdə iştirak etdi. Avtomobilin yenilənmiş görünüşünü məşhur James Bond xarakteri ilə əks etdirməyə çalışan Land Rover, Daniel Craig üçün New York küçələrinin bəzi yollarında hərəkəti məhdudlaşdırdı. Daniel Craig-in Range Rover Sport ilə New York küçələrində “avtoşluq” etdiyi bu reklam çarxı olduqca bəyənildi. 2013 ilinin Sentyabr ayında satışa çıxacağı gözlənilən avtomobilin ABŞ-da satışa çıxarılaması planlaşdırılan başlanğıc qiyməti 83.358 dollar olaraq açıqlandı.