Heineken Dizayn 2013 Milan Həftəsi çərçivəsində genişmiqyaslı tədbirə hazırlanır. Dizaynerlərin və sərginin qonaqlarınin görüşə biləcəkləri sahə Magazzini adlanır, burada onlar gündüzlər təcrübələriylə mübadilə edə və gecələr əyləncə gecələrində dincələ biləcəklər.
Bu eksperimental sahədə "Designersblock, Cool Hunting, PechaKucha" kimi dizayner komandaları və təşkilatları toplaşacaq həmçinin dizayner "Joshua Davis" və rəssam "Mett W Moore" kimi hörmətli qonaqlar da iştirak edəcəklər. Onların hamısı təqdimat və seminarlar təşkil edəcək.
Heineken tədbiri çərçivəsində "Your Future Bottle" müsabiqəsinin qalibini elan olunacaq və "Open Design Explorations" proqramının növbəti mərhələsinin başlanğıcını elan ediləcək.
Magazzinidə təqdimatlar və seminarlar 9-13 aprel tarixlərində hər gün saat 14.00-dan etibarən Tortona, Milan Via Valensa ünvanında, keçiriləcək.