Azərbaycan Rusiyanın Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazan şəhərində keçiriləcək “TatOilExpo-2023” beynəlxalq sərgisində iştirak edəcək.


Facemark.az “Report”a istinadən xəbər verir ki, Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “TatOilExpo-2023” sərgisi 31 avqust - 2 sentyabr tarixlərində baş tutacaq. Bu sərgi ilə paralel olaraq Tatarıstan Neft və Qaz Kimya Forumu da keçiriləcək.


Tatarıstan Neft-Kimya Forumu çərçivəsində keçiriləcək “TatOilExpo-2023” beynəlxalq sərgisində 180 şirkət iştirak edəcək. Bu, ötən illə müqayisədə 20 şirkət çoxdur.


Tatarıstanın sənaye və ticarət naziri Oleq Korobçenko bildirib ki, builki sərgidə Rusiyanın 16 vilayəti, iki böyük şəhəri, beş muxtar respublikası və üç bölgəsi iştirak edəcək. Ümumilikdə isə 27 rayon, 62 şəhər və iki federal əhəmiyyətli şəhər sərgidə təmsil olunacaq.


O bildirib ki, sərgidə beş xarici ölkə də iştirak edəcək: “Bunlar Çin, Belarus, Özbəkistan, Kamerun və Azərbaycandır”.