Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, şirkət İspaniyada yerləşən Housell təşəbbüsünü alıb. Onu da əlavə edək ki, Tiko və Housell arasındakı satınalma müqaviləsinin maliyyə detalları ilə bağlı heç bir məlumat paylaşılmayıb.


Housell-in alınması ilə Tiko, Housell-in güclü tərəflərini özünə inteqrasiya edərək qabaqcıl xidmətlər təqdim etmək və bazara çıxışı artırmaq məqsədi daşıyır. Onu da əlavə edək ki, Tiko-nun 2024-cü il üçün planlarına 700-dən çox daşınmaz əmlak agentinə çatmaq və daşınmaz əmlak əməliyyatlarının həcmini 10 dəfə artırmaq daxildir.