Çip Yerləşdirilən İnsan Sağaldı və Siçanı Düşüncə ilə İdarə etməyə Başladı!


Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, İlon Maskın Neuralink layihəsində mühüm bir mərhələyə çatılıb. Beyninə çip taxılan ilk xəstə yalnız düşüncə gücü ilə kompüter siçanından istifadə etməyə başladı. Elon Mask xəstənin səhhətinin yaxşı olduğunu açıqlayıb.


Neuralink çipinin implantasiya olunduğu ilk xəstə hərəkət qabiliyyəti olmayan bir şəxs idi. Komandanın məqsədi bu xəstəyə kompüter siçanı və ya klaviaturasından düşüncə gücü ilə istifadə etmək imkanı vermək idi. Gəldiyimiz son nöqtədə bu məqsədə ən azı müəyyən qədər yaxınlaşıldığını görürük. Ancaq müalicə prosesinin yüzdə 100 uğurlu olub-olmayacağını görmək üçün bir müddət daha gözləmək lazım gələcəkdir.