“Facebook” uşaqların İnstaqramdan təhlükəsiz istifadə etməsinə kömək etmək üçün yeni addım atmağa hazırlaşır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, BuzzFeed Newsun şirkətdaxili paylaşımlarına əsaslanan inkişafa əsasən, 13 yaşından kiçik uşaqlara valideyn nəzarəti altında istifadə edə biləcəkləri xüsusi Instagram tətbiqi təklif ediləcək.


Mövzu ilə bağlı açıqlama verən bir Facebook rəsmisi Instagramın 6-12 yaş arası uşaqlar üçün Messenger Kids tətbiqinə bənzər valideyn nəzarətli versiyası üzərində çalışdıqlarını təsdiqləyib.


Hazırda 13 yaşdan kiçik istifadəçilər Instagramda hesab yarada bilmirlər.