Təxminən 4 min kvadrat kilometr böyük bir sahə ilə sürüklənən A23a, qlobal istiləşmə səbəbiylə 30 ildən çox qapalı qaldığı yerdən keçən noyabr ayında ayrılıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Antarktidanın şimal-qərbindəki Filçner buz şelfinin bir hissəsi olan və vaxtilə Sovet tədqiqat stansiyasının yerləşdiyi dünyanın ən böyük aysberqi A23a sürüklənməyə başlayıb.1986-cı ildə Antarktika sahil zolağından qopan aysberq tez bir zamanda Ueddel dənizində quruya düşərək yenidən sürüşməyə başlamazdan əvvəl buz adasına çevrilib. Tədqiqatçı İan Straçan AFP-yə açıqlamasında dünyanın ən böyük aysberqinin dənizdə sürüklənməsi ilə bağlı müşahidələrini paylaşıb.


A23a adlanan diş formalı aysberq Parisdən təxminən 40 dəfə böyükdür. Çəkisi təxminən min milyard ton olduğu təxmin edilən aysberqin qalınlığı bəzi yerlərdə 400 metrə çatır. Aysberq hətta 310 metr hündürlüyündə Avropanın ən hündür göydələni olan London Sharddan da yüksəkdir.