Yappy proqramı Rusiyada 29 noyabr 2021-ci ildə istifadəyə verilib . Facemark.az xarici mənbəyə istinadən xəbər verir.


2023-cü ilin əvvəlindən bu xidmətə 8 ölkədən istifadəçilər qoşulub: Ermənistan, Belarus, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Moldova, Qırğızıstan və Tacikistan. Bu ilin iyul ayında proqram şəxsi mesajlaşma funksiyasını işə salıb . İstifadəçilər şəxsi çatlardan istifadə edərək bir-birlərinə mətn mesajları göndərə bilərlər, eyni zamanda yazışma tarixçəsi saxlanılacaq. Bundan əvvəl onlar 24 saat ərzində mövcud olan açıq otaqlarda, eləcə də videoların altındakı şərhlərdə ünsiyyət qura bilirdilər.


Yappinin imza rəngində yeni maskotu təqdim olunub. Maskotun üzü isə tətbiqin adını simvolizə edən "Y" hərfi şəklində hazırlanmışdır.