Streaming nəhəngi Netflix və moda nəhəngi Lacoste serial həvəskarları üçün xüsusi kolleksiya hazırlamaq üçün əməkdaşlıq ediblər.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, məşhur Netflix seriallarının izlərini daşıyan “Lacoste X Netflix” adlı kolleksiyada; köynəklər, papaqlar, sweatshirtlər və idman kostyumları yer alacaq.


Əməkdaşlığın bir hissəsi olaraq, "Qərib şeylər", "Lupin", "La Casa de Papel", "The Witcher", "Seks Təhsili" və "Elite" kimi məşhur Netflix istehsalından ilhamlanan dizaynlar Lacoste'nin simvolik timsahını daşıyacaq.


Netflix-in İstehlak Məhsulları üzrə Vitse-Prezidenti Coş Simon əməkdaşlıq haqqında dedi: “Biz düşünürük ki, məhsullar güclü hekayələr söyləməkdə mühüm rol oynaya bilər. Lacoste ilə əməkdaşlıq bizə moda və əyləncə dünyalarını birləşdirmək üçün unikal imkan verir. "İnanıram ki, bu kolleksiya həm də tamaşaçılara hekayələrimizə və personajlarımıza sevgilərini ifadə etmək üçün cəlbedici və yaradıcı bir yol təqdim edir."


Qeyd edək ki, kolleksiyanı xaricdə netflix.shop və lacoste.com saytından əldə etmək olar.