“International Data Corporation” və ya “IDC” bazar araşdırması şirkətinin bazar günü dərc etdiyi hesabata əsasən, kompüter satışları 56,9 milyona düşüb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, PC bazarı aylardır darboğazdadır. “International Data Corporation” tədqiqat şirkətinin , yəni IDC-nin bazar günü dərc olunan hesabatı da bunu göstərir. Hesabata görə; 2023-cü ilin birinci rübündə kompüter satışları keçən ilin eyni dövrü ilə müqayisədə 29-33 faiz azalıb. Satışların 56,9 milyon ədədə qədər azaldığı bildirilib.