Bakı Fond Birjasında (BFB) 2023-cü ilin fevral ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 2 mlrd. 212 mln. 274,509 min manat təşkil edib.


Facemark.az "Apa.az"a istinadən xəbər verir. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 30,4% azdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət qiymətli kağızları təkrar bazarı üzrə ticarət həcmində 99%, korporativ qiymətli kağızların repo əməliyyatları üzrə isə 43% böyümə qeydə alınıb.


2023-cü ilin fevral ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 3,888,425,158 manata bərabər olub.