Google mətndən mahnılar yarada bilən süni intellekt layihəsini təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkətin yaratdığı “MusicLM” adlı süni intellekt istifadəçilərin zümzümə etdiyi melodiyaları da müxtəlif instrumental formalara çevirə bilir. Süni intellekt 280 min saatlıq musiqi və səs bazası ilə yaradılmışdır.


Google mövzu ilə bağlı açıqlaması ilə yanaşı, MusicLM vasitəsilə istehsal edilən nümunələri də paylaşdı.


Qeyd edək ki, şirkət hələlik bu modeli buraxmağı planlaşdırmır ,çünki bu müəllif hüquqlarının pozulmasına və yaradıcı işdən potensial sui-istifadəyə səbəb ola bilər.