Gini Dietrich - Arment Dietrich, Inc – ın yaradıcısı və CEOsu
1. Bütün səhmdarlara hesabat vermək. Bu il PRSA konfransında “Global Alliance”ın prezidenti kimi təqdim olunan Dan Tisch ilə maralı bir söhbətim oldu. O dedi ki, Avstraliya kimi ölkədə bütün hissədarlara məlumat verilir. Bu o demək deyil ki, onların aralarında yalnız investor əlaqələri var, onlara işçilər, müştərilər, perspektivlər, təsirlər və s. haqqında məlumatlar da verilir. Bu artıq bir trend halını almağa başlayıb. Əsasən də mühasibat uçotunda brend çeşidlərinin balans hissəsinə əlavə olunduğu zaman bu özünü göstərir.
2. Sosial TVcəmlənməsi. Mən TV – yə çox baxan deyiləm, amma keçən dəfə baxdığım zaman “Get Glue”də baş verən yeni dəyişikliklər haqqında məlumatlar gördüm. Sən TV proqramlarını “yoxlamalı”, sonra isə gördüklərini başqaları ilə müzakirə etməlisən. Bu sənə müxəlif şoulara baxma imkanı, yeni məlumatlar əldə imkanı verəcək. Həmçinin də sən başqalarının sənə maraqlı olan mövzularda nə düşündüyünü biləcəksən. Onunla həmçinin müxtəlif musiqilərə qulaq asıb, filmlər də izləmək olar. Əgər şayiələr doğrudursa, Steve Jobsun son proyekti gələn il buraxılacaq olan iTV idi.
3. Bütün qayda – qanunlara inteqrasiya etmək. Mənim fikrimdə bu eqoistlik olsa da, lakin inteqrasiya gələn il çox göyük bir rol oynayacaqdır. Bu gün mobil marektinq, sosial media, ictimaiyyətlə əlaqələr, reklam, direkt marketinq, e-mail xidməti, müştəri xidmətləri və satış sanki ayrılıqdanəticə üçün bir şaxtada çalışan işçilər kimidirlər. Lakin 2012 – ci ilin inteqrasiyaya ehtiyacı var. Müştəri xidmətləri satışla məsləhətsiz öz işlərini görə bilməzlər. Satışların yaxşı olması üçün ictimai əlaqələrə ehtiyacları var. Və mobil reklam da marketinqsiz qurula bilməz. Gələn il bu elementlərin bir çevrənin əhatəsi kimi inteqrasiya olunmuş formada işlədiyini görəcəyik
4. Nəticə. Əgər siz öz nəticənizi dollar və ya centlə hesablamırsınızsa o zaman siz 2012 – ci ildə artıq öz işinizə başlaya bilərsiniz. Bunun üçün bəzi marketinq elementlərini, istehsal, menecment və sadə mühasibat uçotunu bilmək lazımdır.
5. Email marketinq. Hər nə qədər mən bəzən e-mailin yox olmasını istəsəm də 2010-cu ildə dünyada 107 trilyon email göndərilmişdir. Biz marketolqolar bəzən unuduruq ki, o heç vaxt heç yerə itməyəcək. Bu yeni və parlaq bir şey deyil, bəzən isə əksinə maraqsız və köhnə kimi görsənsə də çox effektiv bir üsuldur. Hər kəs sosial şəbəkələrdən istifadə etməsə də hər kəs e-maildən istifadə edir.
6. Sosial ticarət. Bu günlərdə mən Apple mağazasında idim və “Foursquare”ni yoxlayırdım. Və özüm özümə sual verdim Apple istifadə etmək üçün pul ödəmək istəyirəmmi ? – cavabım bəli. Və mən Apple app.yüklədim. Ödəniş birbaşa olaraq mənim iTunes hesabımdan çıxarıldı, çek emailə göndərildi və mən öz yoluma davam etdim. Starbucks isə bunu sizin telefon vasitəsilə görür. Siz gələn il bunun daha çox şahidi olacaqsınız.
7. Yeni sosial şəbəkələr. Bilirəm ki, artıq insanlar yeni sosial şəbəkələr istəyirlər. Beyinlərdə sanki bir boşluq axtarışındadırlar. “Pinterest” kimi bir platform vardır ki, çox yaxşı istifadə olunur. Mən dünən öz Facebook hesabımı gözdən keçirdiyim zaman ilk Pinterest istifadəçi olan Samuel Gordon Jewelersi gördüm. O yazırdı: “Pin To Win”. Mən düşünürəm ki, indi hər hansısa bir nəticə gözləmək tezdir. Lakin mən arxayınlıqla deyə bilərəm ki, bu sosial şəbəkələrə necə effektiv təsir edəcəkdir.
8. Tablet svaplarında çap etmək (tablet swap). İstirahət günü ərzində “iPad”imdəki müxtəlif xüsusiyyətlərlə tanış oldum və bu zaman burada bir kataloq tapdım. Bu seçənəklər sizə bütün kataloqları bir yerdə saxlamağa kömək edir və beləliklə siz istədəyiniz zaman istədiyinizdən istifadə edə bilərsiniz. Bu həmçinin imkan verir ki, istədiyinizdən asılı olaraq istifadə etmək istəfiyiniz kataloqdan istifadə edəsiniz. Anam və mən onun mahiyətini müzkirə edirik. O, səhifəyə toxunduğu zaman keçirdiyi hissləri sevir. Mən düşünürəm ki, o çox yaşıldır və mən hamısını bir yerdə əldə etdiyim üçün onu çox sevirəm. Siz 2012 – ci ildə böyük tablet sveplərində çapların olduğunu görəcəksiniz.