Gucci payız-qış kampaniyasını Pinterest-də başlayır, yəni moda brendinin yeni reklam bannerini "susdurmaq" olar, amma Gucci səhifəsində olan şəkillər sizə gucci.com-da alış-verişə birbaşa keçməyə imkan verir.


Moda evi istifadəçilərinə Pinterest-də olmağını xatırlatmaq üçün Gucci WSJ.com, Polyvore, Style.com, Lifestyle Mirror saytlarında və New York Magazine - The Cut moda bloqunda yerləşən bannerlərinə «Pin it» düyməsini əlavə etdi.



Mashable verdiyi məlumata görə, kampaniya istehlakçılarının online satışlarına olan marağını artırmaq məqsədi daşıyır. Gucci sosial marketinq və internet reklamı ilə məşğul olan Triple Lift şirkəti ilə də yenilik etmək təşəbbüsündədir.


Moda evi bu günə qədər çox böyük olmayan,yəni bütövlükdə 3 minə qədər yazılan və 400-dən çox izləyicisi olan Pinterest vasitəsi ilə də öz auditoriyasını genişləndirmək niyyətindədir. Bu sosial şəbəkəyə bir çox markalar maraq göstərir,çünki Shopify araşdırmasına görə, Pinterest çox zaman öz baxıcılarını alış-verişə yönərdir və bu nəticə ilə hətta bir milyard istifadəçisi olan Facebook-u keçir.