Tez-bazar hazırlanan məhsul bazarı ən çox mənalı və mübahisəli olaraq qalır. Bezdirici dadlar, eyni tipli çeşitlər, inqrediyentlərin şübhəliliyi istehsalın düşməsinə gətirib çıxarır. Lakin, tələsik yemək ehtiyacı eyi olaraq qalır və bazar canlanır. 15 il bundan əvvəl bu məhsulların əksəriyyəti qastronomiya baxımından və ticarət nərdivanının ən aşağı pilləsində idi. Bu gün tez-bazar hazırlanan yeməklərin keyfiyyəti yüksəlir.


Dünənki “kubiklər” keçmişdə qalır?


"Bulyon kubikləri" tez hazırlanan əriştələr və şorbalar olaraq, klassik tez hazırlanan dəstlərə aiddir. Xalqın fikrincə ''bulyon kubiklərin'' səviyyəsi ortadır, oxşar qiymət, sağlam qidalanmanın imkanları isə sıfıra bərabərdir. Buna baxmayaraq müasir pərakəndə satışda əvvəlki kimi tələb olunan istiqamətlərdən biri hesab olunur. Üstünlüklər olduqca çox olsada, müqayisədə aşağı qiymət, saxlanılma və nəql etmənin sərt qaydaları da mövcuddur. Məhsul çeşitləri aşağı kateqoriyadan olan quru bulyon kubuklərindən hazır yeməklərə qədər bölünür. Marketinq agentliyinin analitiki ''BGS research (Yekaterinburq)'' Yelena Luçanskaya əmindir ki, bu gün Rusiya və xarici istehsalçıların əksəriyyəti marketinq gedişlərinə yönəlirlər. ''1998-ci ildə sürətli qida məhsullarının bazarında illik 20 %- artım nümayiş olunub, 2004-cü ildə isə dinamika mənfi hesab olunurdu. 2006-cı ildə bazar artımının qiyməti müvəqqəti artımda dayanaraq $1 milyard 200 milyon, yəni ildə 3-4 % təşkil edirdi. Digər məhsullarla rəqabətin (yoqurtlar, kəsmiklər, kəsmik piroqları, blinçiklər və s.) və ictimai qidalanma şəbəkələrinin genişlənməsinin bir neçə səbəbləri var. Buna görə ekspertlər tez və ucuz hazırlanan məhsulların satış həcmlərinin bahalı məhsulların xeyrinə azalmasını qeyd edirlər.


Tez-bazar hazırlanan məhsullar dadsızdır?


Təbii məhsullara alıcı marağı bu gün həlledici meyardır. Bazar tamamilə "təbii inqrediyentlərdən" olan məhsullarla dolmağa başlayır. Bulyon kubikləri arxa plana çəkilir və ədviyyatların, şorba əlavələrinin seqmentinə daha yaxın hesab edilir. Əvvələr bulyon kubiklərin satışlarında artım müşahidə olunsada, son illər ərzində bu rəqəm artıq yavaşlamağa və düşməyə başladı. Səbəb isə sadədir: hal-hazırda müasir istehlakçı özünə təbii ət ala bilər, beləki ət dadıverən əvəzedicidən istifadə etmək niyyətində deyil. ''Mareven Food Central'' (Moskva) ticarət-sənaye şirkətinin marketinq departamentinin direktoru Polina Kiselyov əmindir ki, bu gün tez-bazar hazırlanan məhsullarının əksəriyyətində, xüsusən də hazır naharların tərkibində təbii ət mövcuddur. Təbii ət ucuz inqrediyent deyil, buna görə də, burada əsas istehlakçılar 16-25 yaşda olan gənc və aktiv insanlardır, yemək hazırlamağa çox xərc etmədən keyfiyyətli yeməyi əldə etmək niyyətində olanlardır. Konservasiya və vakum qablaşdırmaları təbii ətlə hazırlanan məhsullara 12 aya qədər saxlanılmağa imkan verir və çox rahatdır.


Təbii “tələsik” ət tikələri


Son vaxtlar istehlakçı daha çox ərköyünləşib və şəxsi sağlamlığına qənaət etmir. Amma bunu həyatın ritminə və boş vaxtın zərərinə etməməyə çalışır. Keyfiyyəti sürətlə birləşdirmək arzusu istehlakçıları qiymətlərə real baxmağa məcbur edir və hətta bəzən özünüzü əlavə işlə yükləməkdənsə, artıq ödəmək daha yaxşıdır. Vaxtı qənaət etmək daha önəmli hesab olunur. "Kafe in kafe İnternational" MMC-ının direktoru (Zlatoust ş. Çelyabinsk r.) ''Vladimir Bakayev'' əmindir ki, istehlakçıları təəccübləndirmək çətindir, və buna görə əsas keyfiyyəti, təbiiliyi və müxtəliflikləri vurğulamaq lazımdır. Tez hazırlanan məhsullar termik plastik hazır nahar qablaşdırmaları və nazik plyonka ilə lehimlənirlər və burada heç bir konservant və ya əvəzedicilərrol oynamır. Beləliklə müasir bazar tez hazırlanan məhsullara, xüsusilə təbii ətlə hazırlanan naharlarına, ətlə olan konservalara və aseptik vakuum qablaşdırmalarına əsaslanmağı planlaşdırır. Stereotiplər tez dəyişsədə, yeni texnologiyaların tətbiqi istehsalçılara o yeniliklərə üstünlük verməyə imkan yaradır.