Müasir dövrdə iş tapmaq çətindir. Çünki müasir bizneslər artıq işçidən çox bacarıqlar tələb edir. Bu bacarıqların çoxusu bizim daxilimizdə olsa da, bəzi bacarıqları şəxsən öz fəaliyyətimiz sayəsində qazanırıq.


Misal üçün: Bir insanın uşaqlıqdan bəri nitqi çox gözəl ola bilər, lakin bu digər şəxsin uğursuz olmasına heç də zərurət etmir. Hər bir şəxs öz üzərində çalışmaqla nitqini zənginləşdirə və bu sahədə peşəkar ədəbiyyət oxumaqla, təlimlərə qatılmaqla bu bacarığını daha da artıra bilər.


Yəni hər bir halda, insanın iş tapması və müəyyən sferada irəliləməsi məhz özündən asılıdır!


Sizə iş tapmağı sürətləndirən 5 əsas amil barədə danışacam və əminəm ki, bu sizə böyük kömək olacaqdır.


Hazırsan? Elə isə başladıq!


1) Özünü ifadə etməyi bacar! Bəli çox asan bir proses gələ bilər. Amma nəzərə alınmalı vacib ana məqam var. Əksər insanlar özünü ifadə etməyi, özü barədə qısa və sistemli məlumat verməyi heç də bacarmır. Müsahibələrə gələn şəxslərə deyiləndə ki, özünüz barədə məlumat verin başlayır gözünü döyməyə və ya sistemsiz şəkildə özünü ifadə etməyə başlayır. Məktəbə girməyindən başlayır ardından universiteti qutardığını deyir.


Universitetdə nələr etmisən?- Hmm nə bilim heç nə.
Son 1 ildə öz şəxsi inkişafın üçün nələr etmisən?- Yadıma gəlmir düzü.
Karyera məqsədin nədir?- Məncə, bu sahədə uğurlu ola bilərəm.
Son 1 ayda hansı ədəbiyyat oxumusan?- Kitab xoşlamıram oxumağı
Belə qeyri-müəyyən və sistemsiz cavablarda məhz özünüzü 1-0 geridə qalmış hesab edə bilərsiniz. Tövsiyəm peşəkar ədəbiyyat oxuyun, məqalələr oxuyun və ən azı bu sahə üzrə 1 təlimə gedin.



2) Özünüzü daima inkişaf etdirin!-Kitab mütailə edin, məqalə oxuyun, video bloqlara baxın. Öz həyatınızı bir anlıq dad üçün qurban etməyin. İnkişaf ana məqsədiniz olmalıdır.


3) Ətrafınızı genişləndirin!-Netvorkinq çox önəmlidir. İndiki dövrdə məhz iş qazanmanın 60% qədəri məhz tanışlıqlar sayəsində olur. Bunun üçün tədbirlərə qatılmağınız və müxtəlif sahələrin peşəkarları ilə sıx kontaktda olmağınızı tövsiyə edirəm.


4) Peşəkar brendinizi qurun!-Müasir dövrdə insan artıq daha böyük kütləyə xitab etməli və bilik bacarıqlarını daha geniş kütləyə çatdırmalıdır. Bunun sayəsində iş təklifləri ala bilər və böyük izləyici auditoriyası əldə edə bilərsiniz. Məsləhətim odur ki, dini, siyasi məzmunlu aqressiv və radikal yönümlü fikirləri paylaşmıyasınız. Bilirsiniz bu sizin fikrinizdir, amma qarşı tərəflərə heç də xoş olmaya bilər.


5) Ən önəmli bilməli olduğunuz məqam: Qətiyyən ruhdan düşməyin! Heç bir düşüncə sizi öz məqsədlərinizdən ayrı salmasın. Biz uşaq vaxtı gəzməyə başlayana qədər bəlkədə minlərlə dəfə yıxılırıq, AMMA hər dəfə AYAĞA QALXIRIQ! İnsan oğlu isə 1-2 cəhd edib, motivasiyadan düşür. Belə hallarla rastlaşdıqda məhz körpənin əzmkarlığı gözünüzün qabağına gəlsin!


Məqalələrin davamı olacaqdır. Hər birinizə uğurlar!


İlkin Mirzəzadə, Bloqqer, İNNAB-Ümumi işlər üzrə menecer