Biznesdə müştəri varsa biznesin özü var. Yoxdursa artıq biznesdən söhbət gedə bilməz. Belə quruma kommersiya yox, qeyri-kommersiya qurumu demək olar. Müştərisiz biznes heç zaman biznes ola bilməz. Necə ki, qan gəlmədən ürəyimiz işləməz, benzin olmadan avtomobil getməz eləcə də müştəri olmadan biznes inkişaf etməz.
Ona görə də müasir bizneslər müştəri faktorunu ciddi şəkildə düşünməli, onları təhlil etməli və real nəticələr üzərindən işlərin daha da irəli getməsi üçün ciddi addımlar atmalıdır. Öncə biznes məhz satışla məşğul olan işçilərini yetişdirməlidir. Onların peşəkar inkişafı üçün ciddi səylər ortalığa qoymalıdır. Şirkətin satış adamı onun ön cəbhədəki əsgəridir. Silahsız, sursatsız düşmən üzərinə bir əsgəri göndərsən məğlub olmaq ehtimalı 100 faizə bərabərdirsə eləcə də təlimsiz bir satış adamını müştərinin üzərinə göndərsən olan qalan işləri korlayacaq, potensial müştərilərin biznesdən obrazlı desək soyumasına səbəb olacaq.
Hər zaman ciddi müzakirələrə səbəb olan bir sual var “Müştəri həmişə haqlıdırmı?”
Bu suala mənim yanaşmam məhz bəli haqlıdır prinsipidir. Çünki hər kəs nəsə edirsə məhz onu düz bilib edir və ona da uyğun yalan belə olsa səbəbləri olur. Burada olan incə məqam məhz müştərini dinləmək və onun xəyal dünyasına əsaslanmış şəkildə onun problemini həll etməkdir.
Müştəri etiraz edirsə-DİNLƏYİN
Müştəri təklif verirsə-DİNLƏYİN
Müştəri pisləyirsə-ONU DİNLƏYİN
Dinləmək böyük bir xüsusiyyətdir və hər bir satış adamının vacib sahib olmalı məqamlardan biridir.
Müştərini dinləməli, ona dəstək verərək həll tətbiq etmək lazımdır.
Müştərini dinləməyən biznes tarixin səhifələrinə keçəcək. Bunun üçün tövsiyyəm şirkətlərin müştəri amilinə ciddi önəm vermələri və bu işə ciddi investisiya qoymalarıdır.
İlkin Mirzəzadə-Analitik, İNNAB Peşəkar İnkişaf Platforması, Ümumi işlər üzrə menecer