Bu gün biz ABC və XYZ analizlərin birlikdə necə istifadə edə bilərik, hesabatı yığdıqdan sonra ondan hansı şəkildə yararlanacağımıza baxacayıq. Gəlin XYZ analizinin nə işə yaraması ilə tanış olaq, daha sonra isə keçək detallara.


XYZ analizi əsasən planlama prosesində (xüsusilə logistikada) daha çox istifadə edilir. Məhsula olan tələbatı ölçmək üçün istifadə edilir. ABC analizi ilə birlikdə etməmizin səbəbi, ikisi daha şəffaf göstərir mənzərəni.


ABC və XYZ hesablama qaydasına keçməzdən əvvəl hər bir qrupun aid olacağı faiz aralığına baxaq.


Bildiyiniz kimi ABC analizində biz istifadə etmişdik - A qrup mallar satış həcminin 80%-in, B qrup 15%-in və C qrup mallar satış həcminin 5%-in təşkil edir.


XYZ-i ilk dəfə yazacağım üçün, daha yaxşı anlayıb tətbiq etməmizə görə üzərində biraz dayanaq.


- X qrup məhsullar yüksək tələb görən mallardır. Bu qrup üçün faiz aralığımız 0-25% olacaqdır.


- Y qrup məhsullar orta tələb görən mallardır. Y qrupunda olan məhsulları 25-50% arasında qiymətləndirəcəyik. Bu mallar gün və aylara görə fərqli tələb görürlər (kənarlaşmalar daha böyükdür). Y qrupdakı malların burda olmasına aşağıdakı faktorlar səbəb ola bilər. Analiz zamanı hər biri üçün cavab ayrıca hazırlanmalıdır. Səbəblər:


- Malların mövsümi olması, tələbdəki oynamalara səbəb olacaqdır.


- Out of stockların olması. Məhsulun sifarişlərin düzgün verilməməsindən qaynaqlana bilər. Deyə bilərik ki, sistemimiz mükəmməldir, niyə stok out olsun. Burada yalnız sifarişçi yox digər tərəflərdən qaynaqlanan səbəblər stok out olmasına səbəb ola bilər. Məsələn: Fabrikin istehsal gücü (müddət), məhsulun sifarişçiyə çatdırılması (logistikada itirilən zaman) və s. 1 gün gec sifariş belə stok outun daha uzun müddət yaşanmasına səbəb olur.


- Z qrup məhsullar isə 50-100% arasında dəyişən mallardır. Bu məhsullar da eyni qaydada çox aşağı tələb görür. Bu qrupa da out of stoklar böyük təsir göstərə bilər.


Keçək analizin hazırlanma qaydasına. Biz baxacağıq Yanvar-İyul aylarında olan satışlara görə XYZ analizinə. Yenə eyni aylar olan satışların ortalamasına görə ABC analizinə. Ancaq bir nüansa diqqət etmək lazımdır. Məhsullar götürülən aylarda portfeldə mövcud olan mallar olmaldır. Əks halda rəqəmlər yanlış şərh verməmizə səbəb olacaqdır.


Məsələn 6 aylıq aralığı götürüb, son 2 ayda portfelə daxil edilən məhsulu analiz etməmiz doğru olmazdı. Hələ bu məhsulun penatrasiyasın nəzərə alsaq, məhsulun inkişaf mərhələsin nəzərə alarsaq, yeni gələn məhsulları analizdə göstərməsək və ya qeydlərin edərsək daha doğru yanaşma olar.


Deyək ki, 5 məhsuldan ibarət məhsul portfelimiz var və bu portfeldə ABC kateqoriya satış edən malları və XYZ kateqoriyasında isə tələbi müəyyən edəcəyik.



Gördüyünüz kimi ABC qrupları müəyyən etdik. 5 Məhsuldan 3-ü 80% satış təşkil edir. Digər 2-i isə hər biri 12%.


Eyni məhsullara görə XYZ qrupları isə aşağıda cədvəldəki kimi olacaqdır.



XYZ qrup məhsulları müəyyən etmiş olduq. Əmsalı tapmaq üçün aylara görə kənarlaşmanı göstərilən formulla tapıb, ayların ortalama satışına bölürük.


Hər iki cədvəldəki məlumata görə ABC və XYZ qrupları birləşdirib nəticəni alarıq.



Növbəti yazılarda bu analizi daha detallı edib, bütün mümkün hallara baxarıq.


Faydalı olması ümidi ilə!


Kamal Mirzəyev, Ticari marketinq şöbə müdiri