Braziliya və Argentina ortaq valyutanın qəbuluna hazırlaşmağa başlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Financial Times (FT) xəbərinə görə, Braziliya və Argentina ortaq valyuta qəbulu üçün hazırlıqlara başlayıb. Xəbərdə iki ölkə liderlərinin bu həftə hazırlıqların başlaması ilə bağlı açıqlama verəcəyi qeyd edilib.


Braziliyanın yeni pul vahidi üçün “sur” (cənub) adının təklif edildiyi və ortaq valyutanın bu həftə Buenos-Ayresdə keçiriləcək sammitdə müzakirə ediləcəyi bildirilir. Birgə yeni valyuta ilə iki ölkənin regional ticarəti gücləndirməyi və ABŞ dollarından asılılığı azaltmağı hədəflədiyi bildirilir.