"Goldman Sachs Group"un xalis mənfəəti dördüncü rübdə 69 faiz azalıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, istehlak bankçılığı bölməsindəki itki və investisiya bankçılığı gəlirlərinin azalması "Goldman Sachs"ın aşağı mənfəəti ilə nəticələnib. Dördüncü rübün xalis gəliri 1,19 milyard dollar, hər səhmə görə 3,32 dollar təşkil edib. Ötən ilin eyni dövründə mənfəət 2,81 milyard dollar, hər səhmə görə 10,81 dollar olub.


Analitiklər səhm üzrə mənfəətin 5,59 dollar olacağını proqnozlaşdırmışdılar.