Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün qlobal neft tələbatının artması ilə bağlı proqnozunu dəyişməz saxlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, OPEC-in aylıq neft bazarı hesabatına görə, qlobal neft tələbinin bu il keçən ilə nisbətən gündəlik 2 milyon 220 min barrel artaraq təxminən 101 milyon 770 min barrelə çatacağı gözlənilir. Kovid-19 məhdudiyyətlərinin qaldırıldığı Çində gözlənilən iqtisadi canlanmanın bu artımda təsirli olacağı düşünülür.


Bəzi bölgələrdə iqtisadi çətinliklərlə əlaqədar tələbatda məhdud azalmaların olacağı proqnozlaşdırılır.