İsveçrə Milli Bankı (SNB) kapital bazarlarındakı yüksək dalğalanmalar səbəbindən ötən il 132 milyard İsveçrə frankı (143 milyard dollar) zərər gördüyünü açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, SNB-nin verdiyi açıqlamada Bankın valyuta və kapital bazarlarındakı yüksək dalğalanmalar səbəbindən ötən il 132 milyard İsveçrə frankı (143 milyard dollar) itirdiyi bildirilib. Sözügedən rəqəmin SNB-nin 115 illik tarixində ən böyük itki olması diqqət çəkib.


Bank 2021-ci ildə 26 milyard İsveçrə frankı qazanacağını açıqlamış və 6 milyard İsveçrə frankı dividend paylamışdı.