Ölkəmizin aparıcı banklarından biri olan Bank Respublika, aztəminatlı ailələrin sosial rifahını yaxşılaşdırmaq məqsədilə Özünüməşğulluq layihəsi çərçivəsində vətəndaşlara dəstək olmağa davam edir.


Bankın əməkdaşları ötən həftə Göyçay rayonunda sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrlə görüşərək onların şəxsi biznes yaratmaq arzularını reallaşdırıb. Belə ki, Bank heyvandarlıq təsərrüfatının qurulması üçün onları mal-qara və yem ilə təmin edərək sahibkarlığa başlamalarına təkan vermişdir.


Qeyd edək ki, Özünüməşğulluq layihəsi çərçivəsində Bank Respublika indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında 100-dən çox işsiz, əlil, şəhid ailəsi, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə əvəzsiz olaraq aktivlər təqdim edib.


Bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.


Bankdan verilən məlumata əsasən, Özünüməşğulluq Proqramı çərçivəsində tədbirlər ilin sonunadək ölkənin digər bölgələrində də icra olunacaq.