Dünyanın aparıcı e-ticarət saytı "Amazon" tarixinin ən böyük ixtisarını planlaşdırır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkət 18.000 işçisi ilə yollarını ayırmaq qərarına gəlib. "Amazon"un baş direktoru Andy Jassy işçilərə göndərdiyi qeyddə "Amazon Fresh" və "Amazon Go" markaları ilə xidmət göstərən fiziki mağazaların işdən çıxarılmalardan təsirlənəcəyini açıqlayıb.


İnsan resursları bölməsində ixtisarların olacağı bildirilsə də, "Amazon"un dünya üzrə 1,5 milyondan çox işçisi olduğu bilinir.