Avropa Komissiyası insan haqları və qanunun aliliyi ilə bağlı narahatlıqlar səbəbilə Macarıstan üçün 22 milyard avroluq birlik fondunun demək olar ki, hamısını dondurdu.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Avropa Komissiyası Macarıstanın regional vəsait almaq üçün lazımi şərtləri yerinə yetirmədiyinə qərar verib.
Avropa Komissiyasının sözçüsü Stefan De Keersmaecker mövzu ilə bağlı açıqlamasında, "Şərtlər yerinə yetirilmədikcə, komissiya Macarıstanın ödəniş tələblərini yerinə yetirə bilməz" , - deyə qeyd edib.
İnvestorların xəbərə ilkin reaksiyası yüksək olmayıb.